Avtobus dərəyə aşdı - 28 nəfər öldü

14:11 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Efiopiyanın Amhara regionunda sərnişin avtobus dərəyə aşıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 28 nəfər ölüb.

Məlumata görə, hadisə avtobus Dessi şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbəyə hərəkət edərkən baş verib.

Yol qəzasının səbəbləri araşdırılır.